-Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Dəvət edən tərəf ezamiyyə xərclərinin ödənilməsini öz üzərinə götürdüyü hallarda, ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müddəalar əmrdə öz əksini tapmalıdır.
Ezamiyyələr daxili və xarici olur. Respublika daxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı, işçiyə ezamiyyə vəsiqəsi verilir. İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz. (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla).
-İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Ezamiyyətdə olan müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
Hamilə, 14 yaşınadək uşağı olan və ya övladlığa götürən, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan və ya övladlığa götürən qadınların ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir. Yaşı 18dən az olan işçilərin ezamiyyətə göndərilməsi qadağandır.
Paylaş: