“Kontragentləri araşdır” - vergi inzibatçılığında yeni şəffaflıq aləti

03.07.2025

Vergi orqanları tərəfindən təqdim edilən xidmətlərin təkmilləşdirilməsi biznes mühitində daha şəffaf, ədalətli və səmərəli mühitin yaradılmasını təmin edir. Üstəlik, bu proses dövlət və biznesin qarşılıqlı faydalı əlaqələrini gücləndirir. Vergi xidmətlərinin təkmilləşdirilməsi vergi ödəyicilərinin vergi öhdəliklərini daha şəffaf şəkildə yerinə yetirməsinə imkan yaradır.

Təkmilləşdirilmiş vergi xidmətləri beynəlxalq ticarətdə də daha rəqabətqabiliyyətli olmağa kömək edir. Rəqəmsal vergi prosedurları xarici sərmayələrin cəlb olunmasında mühüm rol oynayır, çünki beynəlxalq investorlar vergi sisteminin şəffaf və sadə olmasını üstün tuturlar. Təkmilləşdirilmiş vergi xidmətləri biznes mühitində məlumatların toplanması və analizi proseslərini daha da inkişaf etdirir. Bu, hökumət orqanları və biznesin daha düzgün və məlumatlı qərarlar qəbul etmələrinə kömək edir. Bununla da, vergi siyasətində dəyişikliklər, qanunvericiliyin tələbləri və yeniliklər daha sürətlə tətbiq olunur.

Son illər vergi xidmətlərinin müasirləşdirilməsi rəqəmsal texnologiyaların geniş istifadəsi ilə səciyyələnir. Rəqəmsal ekosistemin inkişafı biznes mühitində innovasiyaların artmasını və yeni texnologiyaların tətbiqini təşviq edir, eyni zamanda dövlətin özünün də innovativ alətləri tətbiq etməsinə səbəb olur.


Vergi xidmətlərinin təkmilləşdirilməsi ilə vergi ödəyiciləri arasında vergi sisteminə etimad da artır. Vergi xidmətlərinin əlçatan olması xüsusilə kiçik və orta biznesin inkişafına ciddi təsir göstərir, çünki onlar daha sadə prosedurlarla vergi öhdəliklərini yerinə yetirməyə üstünlük verirlər. Bu isə öz növbəsində vergi öhdəliklərinə könüllü əməletmə səviyyəsinin və vergi intizamının yüksəlməsinə təkan verir.


Nazirlər Kabinetinin Qərarı ilə “Vergi ödəyicisinin digər vergi ödəyicilərinin

vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları” təsdiq edilib

Rəqəmsallaşma, şəffaflıq və qarşılıqlı etimadı

Dövlət Vergi Xidməti (DVX) tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi və müasir standartların tətbiqi mütəmadi olaraq həyata keçirilir. Vergi ödəyicilərinin tələbləri, beynəlxalq tendensiyalar və müasir tələblər nəzərə alınaraq, yeni vergi xidmətləri istifadəyə verilir. Bu xidmətlərin böyük bir qismi isə rəqəmsal qaydada tətbiq edilir. Yeni xidmətlərin tətbiqi zamanı biznes mühitinin müasir çağırışları da nəzərə alınır və bununla bağlı müvafiq qanunvericilik bazası formalaşdırılır.


Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına onların icazəsi ilə çıxış əldə etmək vergi ödəyicilərinin hüquqlarına aid edilib. Qeyd olunan dəyişikliklə təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) ona təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq malların mövcudluğunun, habelə iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olmasının yoxlanılması məqsədilə həmin vergi ödəyicilərindən müvafiq təsdiqedici sənədlər əldə etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilib. Nazirlər Kabinetinin Qərarı ilə isə “Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları” təsdiq edilib. Bu sənədlər çərçivəsində DVX-nin informasiya sistemlərində vergi ödəyicisinə aid kommersiya və vergi sirri təşkil edən məlumatların ötürülməsinə və idarə edilməsinə imkan verən “Kontragentləri araşdır” adlı yeni elektron xidmət yaradılıb.


"Kontragent" sözü biznes mühitində istifadə edilən termindir. Bir tərəf ilə müqavilə

bağlayan və ya müəyyən bir iş və ya əməliyyatda iştirak edən digər tərəfi ifadə edir

“Kontragentləri araşdır” riskli əməliyyatları minimallaşdıracaq

"Kontragent" sözü biznes mühitində istifadə edilən termindir. Bir tərəf ilə müqavilə bağlayan və ya müəyyən bir iş və ya əməliyyatda iştirak edən digər tərəfi ifadə edir. Başqa sözlə, kontragent, müqavilə və ya razılaşma ilə müəyyən bir hüquqi vəzifəyə və ya məsuliyyətə sahib olan şəxsi və ya təşkilatı ifadə edir. “Kontragentləri araşdır” adlı yeni elektron xidmət bir çox funksiyaları birləşdirir. Bu xidmət vergi ödəyiciləri üçün kontragentlər ilə işin risklərinin qiymətləndirilməsinə imkan verir. Həmçinin vergi ödəyiciləri arasında müqavilələrin bağlanılması mərhələsində bir-biri haqqında DVX-də mövcud və qanuni sayılan aktual məlumatların əldə olunmasını mümkün edir. Digər tərəfdən isə sorğu edən və sorğu göndərilmiş vergi ödəyicisinin öz fəaliyyəti ilə bağlı aktual məlumatlara baxışı və öz fəaliyyətinin qiymətləndirilməsinə imkan verir. Bu elektron xidmət bir növ ictimai nəzarət funksiyası yaratmaqla vergi ödəyicilərinin şəffaf və qanunvericilik çərçivəsində fəaliyyət göstərmələri məqsədi daşıyır. Belə ki, müvafiq məlumatların əldə edilməsi ilə bağlı sorğulara qarşı tərəfin imtina etməsi onun maliyyə əməliyyatları ilə bağlı əsaslı şübhələr yaratmaqla biznes fəaliyyəti zamanı sonradan yarana biləcək maliyyə itkiləri və digər neqativ halların qarşısını almağa kömək edəcək. Bununla yanaşı, kontragentlərlə bağlı məlumatların əldə edilməsi imkanı öz növbəsində riskli vergi ödəyiciləri ilə əməliyyatların sayının azalmasına xidmət edəcək.

Digər bloqlar

Audit rəyinin vacibliyi.

Maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydaları yenilənəcək

Kameral Vergi Yoxlanması

Ezamiyyə Qaydaları

Mühasibatlığı seçmək üçün səbəblər

Vergi orqanlarının təqdim etdiyi xidmətlər biznes mühitinin səmərəliliyini artırır

Sahibkarlığın innovativ inkişafına dəstək: səmərəli biznes şərtləri formalaşdıran vergi güzəştləri

2025-ci il üzrə vergi məcəlləsinə edilmiş əsas dəyişikliklər:

Nağdsız alış-verişlərdə “card to card” riski

Məzuniyyət əmrlərinin hazırlanması ilə bağlı vacib məqamlar

Pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınması

Süni intellektin tətbiqi nəticəsində mühasibat uçotu daha dəqiq aparılacaq

Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər kimlərdir?

Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə uçota alınması və yenidən uçota alınması qaydası

2025-ci il Mart ayı üzrə qeyri-iş günləri

Azərbaycanda kadr axtarışı ilə bağlı yeni alət tətbiq olunacaq

Zədələnmiş pul nişanlarını harada və necə dəyişdirək

Evini kirayə verənlər nə qədər vergi ödəməlidir?

Əmək müqaviləsi müddətli və müddətsiz olmaqla iki formada bağlana bilər.

Bayram günləri görülən işə görə əməkhaqqı necə ödənilir?

Onlayn əmək müqaviləsi necə imzalanır?

Vergi güzəştləri kiçik və orta biznesin iqtisadiyyatda rolunu artırır

Hansı hallarda əməkhaqqından tutulmalar ola bilər?

Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlər

POS-terminalla ödənişlər həm biznes subyektləri, həm də istehlakçılar üçün sərfəlidir

Əlilliyi olan şəxslərə münasibətdə vergi inzibatçılığı sadələşdirilib

VOEN yeniden aktivlesdikde vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?

Sahibkarlığın inkişafını təmin edən mexanizmlər

İşçi xəstələndikdə hansı halda müavinət almaq hüququ var?

NET TAX 4 YAŞINDA!

Vergi ödəyiciləri üçün “Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib

Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi

Baş mühasibin işi nədən ibarətdir və o nəyə cavabdehdir?

İyunda 13 gün iş olmayacaq

İşləmək üçün yaş həddi nə qədərdir və kimlərə tətbiq olunur?

Fiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi?

Korporativ hüquq nədir?

Bakıda orta aylıq əməkhaqqı açıqlanıb

Vergi orqanı hansı vergilərin ödənilməsi cavabdeh hesab edilmir?

Ciddi hesabatın tətbiq edilməməsinə görə cərimə və sanskiya hesablanır?

Maliyyə cərimələri

Əmək qanunvericiliyinin işçi sayı ilə bağlı hansı tələbi mövcuddur?

Sahibkarlığın qeydiyyatı üzrə hüquqi xidmətlər nələrdir?

Vergi öhdəliklərinin yerinə yetirilməsinə nail olmaq üçün səmərəli mexanizmlər

Vergi Məcəlləsində “gəlir” anlayışının izahı və tələbləri

HR koordinator kimdir və o nə iş görür?

HR sistemi necə qurulur?

Vergitutmanın formaları

Nizamnamə kapitalına qoyulan əsas vəsaitlərin rəsmiləşdirilməsi

Pərakəndə ticarətdə gəlir və xərclərin hesablanması

Mikro sahibkarlıq subyektlərinə güzəştlər

Yeni vergi dövrü başlayır – Vətəndaşlar nəyə hazır olmalıdır?

Mənfəət Vergisi

Mühasibat uçotu

Kadr Uçotunun Auditi

Malları idxal edən vergi ödəyiciləri ilə bağlı yumşalmalar

Dövlət Vergi Xidməti yeni xidmət istifadəyə verib

Gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq

Azərbaycanda yaşayış minimumu 15 manat artırılır!

Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?

Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?

Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanun dəyişdi

Sahibkarların sosial sığorta haqqının hesablanması qaydası dəyişir

Sadələşdirilmiş vergi ilə bağlı yeni qayda gəlir.

İşçilər məzuniyyətə çıxdıqda əməkhaqqından az olmamaqla məvacib ala biləcək.

Əmək Məcəlləsinə "Məsafədən (distant) iş anlayışı əlavə edilir.

11 gün qeyri-iş günü olacaq!

Fərdi sahibkarlar üçün məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər optimallaşdırılacaq

Aylıq gəliri 3000 manata dək olanlar 60 manat, 20 min manatdan çox olanlar 400 manat haqq ödəyəcəklər

ƏDV qeydiyyat limiti artırılır

VÖEN-i olmayan şəxslərdən malları rəsmi şəkildə necə almalı?

“ƏDV geri al” layihəsinin əhatə dairəsi genişləndirilir

İddia müddəti bitmiş debitor borc məbləğinin vergiyə cəlb edilməsi

Yeni iliniz mübarək

Gömrük bəyannaməsində idxal edilən mallar üzrə əks olunan ƏDV məbləği necə hesablanır?

Mülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu?

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı hansı vergi güzəştləri mövcuddur?

İşəgötürənə və işçiyə vurulmuş mənəvi ziyanın ödənilməsi

Əmək qanunvericiliyində yeniliklər nələrdir?

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.

2026-cı ildən məzuniyyət haqqı necə hesablanacaq?

Kimlər 75%-lik vergi güzəştindən yararlana bilər?

İlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?

Özəl sektorda çalışan işçilərə tətbiq olunan vergi və güzəştlər

Vergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?

Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?

Kirayə və icarə haqlarından vergilərin tutulması qaydası

Bir sıra ərizə formaları yenilənib

Sadələşdirilmiş vergi ödəyiciləri üçün hansı dəyişikliklər edilib?

Hüquqi şəxsin qeydiyyat sənədlərində məlumat dəyişikliyi

ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır

Sahibkarlara öz işçilərinin məcburi dövlət sosial sığorta haqlarını (DSMF ödənişlərini) ƏDV-nin depozit hesabında olan sərbəst vəsaitlər hesabına ödəmək imkanı yaradılır

Vergi Məcəlləsinə mühüm dəyişiklik qəbul edildi

Bütün bloqlar