VM-nin 106.1.20-ci maddəsinə əsasən işçi sayısı min.3 max. 10 nəfər olan,eyni zamanda dövriyyəsi təqvim ili ərzində 200 000 AZN-ə qədər olan (MDSS üzrə borcu olmayan) hüquqi və fiziki şəxslər mənfəətin 75%-dən güzəşt əldə edirlər. Lakin işçi sayı meyarı bazarda bəzi fərdi fəaliyyət göstərən fiziki şəxslərin bazar rəqabətində uduzmasına gətirib çıxardır. Bu səbəbdən 01 yanvar 2025-ci ildən vergi məcəlləsinə VM-nə 102.1.30-1 maddəsi ilə konkret fəaliyyət növləri əlavə edildi ki,təqvim ili ərzində dövriyyəsi 45 000 AZN-dək olan,bu fəaliyyət növləri üzrə xidmət göstərən mikro sahibkar fiziki şəxslər üçün işçi meyarının 3 nəfər olması şərti aradan qaldırıldı. Beləliklə təqvim ili ərzində dövriyyəsi 45000 AZN-dək olan aşağıdakı sahibkarlıq xidmətlərini göstərən fiziki şəxslər gəlir vergisinin 75%-dən azaddırlar.Həmin fəaliyyət növləri aşağıdakılardır:
proqram təminatının işlənməsi sahəsində xidmətlər;
layihə-dizayn və dekorasiya xidmətləri;
tərcümə xidməti;
reklam xidməti;
araşdırma və tədqiqat sahəsində fəaliyyət;
elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
jurnalistlərin fəaliyyəti;
bazar konyukturunun öyrənilməsi;
qiymətləndirmə fəaliyyəti;
avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti;
turizm bələdçiliyi;
xidmətlərin ixracı.
Paylaş: