Sahibkarlığın inkişafını təmin edən mexanizmlər

26.04.2025

Ölkəmizin inkişafı istiqamətində müəyyənləşdirilmiş sosial-iqtisadi hədəflər yüksək səmərə ilə fəaliyyət göstərən, dünya miqyasında rəqabətə qadir olan iqtisadi sistemin formalaşmasını şərtləndirir. Sahibkarlıq mühitinin təkmilləşdirilməsi, biznes subyektlərinin aktivliyinin təmin edilməsi və sərbəst rəqabətə əsaslanan bazar münasibətlərinin bərqərar olması bu cəhətdən mühüm təşəbbüslərdir. Biznesin təşviqi istiqamətində intensiv təşəbbüslər iqtisadi artımı təsvir edən göstəricilərdə də öz əksini tapır. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 38 milyard 181,9 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub və bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,3% çoxdur. ÜDM istehsalının 40,3%-i sənaye, 9,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 6%-i tikinti, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrinin, 20%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1%-ni təşkil edib.

Dayanıqlı iqtisadi sistemin təməli möhkəmləndirilir

Azərbaycanda yetkin bazar münasibətlərinin formalaşması şəraitində işgüzar mühitin təkmilləşdirilməsi, yerli və xarici investorlar üçün əlverişli biznes şərtlərinin yaradılması, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi və diversifikasiyası əsas prioritetləri təşkil edir. Biznes mühitinin, rəqabət qanunvericiliyi və iqtisadi alətlərin daha da təkmilləşdirilməsi istiqamətində investorların hüquqlarının qorunması mexanizmləri yenilənir. Kiçik və orta sahibkarlıq subyektlərinin ixrac qabiliyyətini artırmaq məqsədi ilə həyata keçirilən təşviqedici tədbirlər nəticəsində sahibkarlıq subyektlərinin dövlət tərəfindən güzəştli kreditlərlə təminat səviyyəsi yüksəldilir. Ədalətli rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyatda və xüsusilə də istehlak bazarında inhisarlaşmanın məhdudlaşdırılması üzrə tədbirlərin davamı olaraq, müvafiq qanunvericilik aktlarına dəyişikliklər edi

Biznes mühitində vergi siyasəti mühüm rola malikdir. Vergi Məcəlləsində mütəmadi olaraq bu sahədə hədəflərə çatmağı sürətləndirən dəyişikliklər edilir. Nəticədə ölkəmizdə iqtisadi sistemin rəqabət qabiliyyətinin daha da artırılması məqsədi ilə vergi dərəcələrinin optimallaşdırılması və sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit yaradılması istiqamətlərində irəliləyişlər müşahidə edilir.

Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması davam edir

Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi vergi qanunvericliyində edilən dəyişikliklərin əsas istiqamətlərindən biridir. 2024-cü ildən etibarən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, habelə siyahısı Prezident tərəfindən təsdiq edilmiş ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsi 10 faizdən 15 faizə qaldırılıb. Dəyişikliyin məqsədi müəssisələrin sosial-korporativ məsuliyyətindən irəli gələn maliyyə dəstək proqramının daha effektiv həyata keçirilməsidir. Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana (hotel) və sanatoriya fəaliyyətində istifadə edilən daşınmaz əmlaklara görə əmlak vergisi 3 il müddətinə 75 faiz azaldılıb. Regional turizmin gəlirləri əsas etibarilə mövsümi fəaliyyət üzrə formalaşır və qeyri-mövsüm vaxtı bu sektor üzrə gəlirlərin səviyyəsi kəskin azalmış olur. Yerləşmə vasitələrinin aktivlərinin dəyəri kifayət qədər böyük həcmdə olur, bununla belə, əmlak vergisi sabit vergi xərci olmaqla mövsümi fəaliyyət göstərən biznes üzərində əhəmiyyətli vergi yükü yaratmış olur. Qeyd olunanlar nəzərə alınaraq, regional turizmin inkişaf etdirilməsi, turizm subyektlərinin sabit vergi xərclərinin azaldılması və həmin subyektlərə vergi təşviqlərinin verilməsi məqsədilə qanunvericiliyə sözügedən dəyişiklik edilir.

Daha bir dəyişikliklə yük avtomobillərinin təmirinə çəkilən xərclərlə bağlı təmir xərci normaları qalıq dəyərinin 5 faizindən 8 faizinə qaldırılıb. İcarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər bağlanmış icarə müqaviləsinin müddəti ərzində, lakin 5 ildən az olmayaraq, illər üzrə mütənasib məbləğlərdə amortizasiya olunmaqla gəlirdən çıxılacaq.

Göründüyü kimi, ölkəmizdə sahibkarlığın inkişafını təmin edən mexanizmlər daim yenilənir və təkmilləşdirilir. Məqsədyönlü siyasətə söykənən tədbirlər və ardıcıl aparılan mütərəqqi islahatlar Azərbaycanı iqtisadi cəhətdən daha qüdrətli və beynəlxalq miqyasda dayanıqlı mövqelərə malik dövlətə çevirir.

Digər bloqlar

Audit rəyinin vacibliyi.

Maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydaları yenilənəcək

Kameral Vergi Yoxlanması

Ezamiyyə Qaydaları

Mühasibatlığı seçmək üçün səbəblər

Vergi orqanlarının təqdim etdiyi xidmətlər biznes mühitinin səmərəliliyini artırır

Sahibkarlığın innovativ inkişafına dəstək: səmərəli biznes şərtləri formalaşdıran vergi güzəştləri

2025-ci il üzrə vergi məcəlləsinə edilmiş əsas dəyişikliklər:

Nağdsız alış-verişlərdə “card to card” riski

Məzuniyyət əmrlərinin hazırlanması ilə bağlı vacib məqamlar

Pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınması

Süni intellektin tətbiqi nəticəsində mühasibat uçotu daha dəqiq aparılacaq

Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər kimlərdir?

Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə uçota alınması və yenidən uçota alınması qaydası

2025-ci il Mart ayı üzrə qeyri-iş günləri

Azərbaycanda kadr axtarışı ilə bağlı yeni alət tətbiq olunacaq

Zədələnmiş pul nişanlarını harada və necə dəyişdirək

Evini kirayə verənlər nə qədər vergi ödəməlidir?

Əmək müqaviləsi müddətli və müddətsiz olmaqla iki formada bağlana bilər.

Bayram günləri görülən işə görə əməkhaqqı necə ödənilir?

Onlayn əmək müqaviləsi necə imzalanır?

Vergi güzəştləri kiçik və orta biznesin iqtisadiyyatda rolunu artırır

Hansı hallarda əməkhaqqından tutulmalar ola bilər?

Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlər

POS-terminalla ödənişlər həm biznes subyektləri, həm də istehlakçılar üçün sərfəlidir

Əlilliyi olan şəxslərə münasibətdə vergi inzibatçılığı sadələşdirilib

VOEN yeniden aktivlesdikde vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?

İşçi xəstələndikdə hansı halda müavinət almaq hüququ var?

NET TAX 4 YAŞINDA!

Vergi ödəyiciləri üçün “Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib

Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi

Baş mühasibin işi nədən ibarətdir və o nəyə cavabdehdir?

İyunda 13 gün iş olmayacaq

İşləmək üçün yaş həddi nə qədərdir və kimlərə tətbiq olunur?

Fiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi?

Korporativ hüquq nədir?

Bakıda orta aylıq əməkhaqqı açıqlanıb

Vergi orqanı hansı vergilərin ödənilməsi cavabdeh hesab edilmir?

Ciddi hesabatın tətbiq edilməməsinə görə cərimə və sanskiya hesablanır?

“Kontragentləri araşdır” - vergi inzibatçılığında yeni şəffaflıq aləti

Maliyyə cərimələri

Əmək qanunvericiliyinin işçi sayı ilə bağlı hansı tələbi mövcuddur?

Sahibkarlığın qeydiyyatı üzrə hüquqi xidmətlər nələrdir?

Vergi öhdəliklərinin yerinə yetirilməsinə nail olmaq üçün səmərəli mexanizmlər

Vergi Məcəlləsində “gəlir” anlayışının izahı və tələbləri

HR koordinator kimdir və o nə iş görür?

HR sistemi necə qurulur?

Vergitutmanın formaları

Nizamnamə kapitalına qoyulan əsas vəsaitlərin rəsmiləşdirilməsi

Pərakəndə ticarətdə gəlir və xərclərin hesablanması

Mikro sahibkarlıq subyektlərinə güzəştlər

Yeni vergi dövrü başlayır – Vətəndaşlar nəyə hazır olmalıdır?

Mənfəət Vergisi

Mühasibat uçotu

Kadr Uçotunun Auditi

Malları idxal edən vergi ödəyiciləri ilə bağlı yumşalmalar

Dövlət Vergi Xidməti yeni xidmət istifadəyə verib

Gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq

Azərbaycanda yaşayış minimumu 15 manat artırılır!

Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?

Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?

Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanun dəyişdi

Sahibkarların sosial sığorta haqqının hesablanması qaydası dəyişir

Sadələşdirilmiş vergi ilə bağlı yeni qayda gəlir.

İşçilər məzuniyyətə çıxdıqda əməkhaqqından az olmamaqla məvacib ala biləcək.

Əmək Məcəlləsinə "Məsafədən (distant) iş anlayışı əlavə edilir.

11 gün qeyri-iş günü olacaq!

Fərdi sahibkarlar üçün məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər optimallaşdırılacaq

Aylıq gəliri 3000 manata dək olanlar 60 manat, 20 min manatdan çox olanlar 400 manat haqq ödəyəcəklər

ƏDV qeydiyyat limiti artırılır

VÖEN-i olmayan şəxslərdən malları rəsmi şəkildə necə almalı?

“ƏDV geri al” layihəsinin əhatə dairəsi genişləndirilir

İddia müddəti bitmiş debitor borc məbləğinin vergiyə cəlb edilməsi

Yeni iliniz mübarək

Gömrük bəyannaməsində idxal edilən mallar üzrə əks olunan ƏDV məbləği necə hesablanır?

Mülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu?

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı hansı vergi güzəştləri mövcuddur?

İşəgötürənə və işçiyə vurulmuş mənəvi ziyanın ödənilməsi

Əmək qanunvericiliyində yeniliklər nələrdir?

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.

2026-cı ildən məzuniyyət haqqı necə hesablanacaq?

Kimlər 75%-lik vergi güzəştindən yararlana bilər?

İlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?

Özəl sektorda çalışan işçilərə tətbiq olunan vergi və güzəştlər

Vergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?

Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?

Kirayə və icarə haqlarından vergilərin tutulması qaydası

Bir sıra ərizə formaları yenilənib

Sadələşdirilmiş vergi ödəyiciləri üçün hansı dəyişikliklər edilib?

Hüquqi şəxsin qeydiyyat sənədlərində məlumat dəyişikliyi

ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır

Sahibkarlara öz işçilərinin məcburi dövlət sosial sığorta haqlarını (DSMF ödənişlərini) ƏDV-nin depozit hesabında olan sərbəst vəsaitlər hesabına ödəmək imkanı yaradılır

Vergi Məcəlləsinə mühüm dəyişiklik qəbul edildi

Bütün bloqlar