Vergi güzəştləri kiçik və orta biznesin iqtisadiyyatda rolunu artırır

03.04.2025

Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas məqsədlərindən biri biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafıdır. Son illər daha geniş vüsət alan iqtisadi islahatlar təşviq siyasətinin davam etdirilməsini və institusional islahatları əhatə edir. Dünya təcrübəsi göstərir ki, təsərrüfat fəaliyyətinin liberallaşdırılması ilə dövlət qurumlarının səmərəli işinin üzvi surətdə əlaqələndirildiyi, kiçik və orta biznesə fəal dövlət yardımının həyata keçirildiyi və daxili bazarda haqlı rəqabətin bərqərar olduğu ölkələrdə sahibkarlıq daha sürətlə inkişaf edir. Eyni zamanda, milli iqtisadiyyatın tərəqqisi üçün sahibkarlıq resurslarının inkişafının təmin edilməsi və onlardan səmərəli istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Bu mənada, kiçik və orta biznesin (KOB) inkişafının dəstəklənməsi əsas prioritetlər sırasındadır.

Kiçik və orta biznes üçün təşviqlər


Vergi Məcəlləsinə əsasən, mikro sahibkarın gəlir və mənfəətinin 75%-i vergidən azaddır. Eyni zamanda, bu kateqoriyaya aid sahibkarlar əmlak vergisindən də azad olunublar. Mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startaplar “Startap” şəhadətnaməsi aldıqları andan 3 il müddətinə gəlir və mənfəət vergisi ödəmirlər. Kiçik sahibkar əsas vəsaitlərə illik amortizasiya normalarını 1,5 əmsalına vurmaqla sürətləndirilmiş amortizasiya tətbiq edə bilər. KOB klasterləri daxilində fəaliyyət göstərən KOB klaster şirkətləri 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, eləcə də idxal etdikləri avadanlıqlar üzrə ƏDV-dən azaddır. Vergi güzəştləri, həmçinin, sənaye parklarının rezidentləri üçün də tətbiq edilir. Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə mənfəət, əmlak və torpaq vergisindən, eləcə də 10 il müddətinə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və 7 il müddətinə gömrük rüsumundan azaddır. Hazırda müxtəlif tematik sahələr üzrə ixtisaslaşmış 6 sənaye parkının rezidentlərinin 80%-ə yaxınını KOB subyektləri təşkil edir.


Vergi Məcəlləsinə əsasən, mikro sahibkarın gəlir və mənfəətinin 75%-i vergidən azaddır.

Eyni zamanda, bu kateqoriyaya aid sahibkarlar əmlak vergisindən də azad olunublar


Ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən biri də investisiya təşviqi mexanizmidir. İnvestisiya təşviqi sənədini əldə edən hüquqi şəxslər və fərdi sahibkarlar, müvafiq olaraq, mənfəət və gəlir vergisini 7 il müddətinə 50% güzəştlə ödəyirlər, müvafiq əmlaka görə əmlak vergisindən, torpağa görə isə torpaq vergisindən 7 il müddətinə azad olunurlar, habelə müvafiq təsdiqedici sənəd əsasında texnika, texnoloji avadanlıq və qurğuların idxalı ƏDV-dən və gömrük rüsumlarından 7 il müddətinə azad edilib. Təkcə 2022-ci ilin ilk 6 ayı ərzində 26 KOB subyekti investisiya təşviqi sənədi əldə edib.


KOB subyektləri müasir iqtisadiyyatın aparıcı qüvvəsidir


Çox vaxt resurs, ehtiyatlar və potensial baxımından iri şirkətlərdən geri qalmasına baxmayaraq, çeviklik və dinamiklik KOB sektorunu xarakterizə edən əsas üstün cəhətlərdir. Hər hansı böhran zamanı ilk zərbəni məhz KOB-ların almasına baxmayaraq, onlar yeni şəraitə daha tez adaptasiya olur, çağırışlara çevik reaksiya verir, yeni ideyalar yaratmaqla bütövlükdə iqtisadiyyatı öz çiyinlərində irəli aparmaqda davam edirlər. Lakin bunun üçün onlara hədəfli diqqət və dəstək göstərilməsi tələb olunur. KOB subyektləri müasir iqtisadiyyatların əsas aparıcı qüvvəsi hesab olunur və onların inkişaf səviyyəsi bütövlükdə ölkə iqtisadiyyatının inkişaf səviyyəsini müəyyən edir. Bu kateqoriyadan olan bizneslərin dayanıqlığının və çevikliyinin artırılması üçün hökumətlərdən xüsusi baxış və strateji yanaşmalar tələb olunur. Azərbaycanda da fəaliyyət göstərən bizneslərin mütləq əksəriyyətini - 99,6%-ni mikro, kiçik və orta biznes təşkil edir.


KOB subyektləri müasir iqtisadiyyatların əsas aparıcı qüvvəsi hesab olunur və onların

inkişaf səviyyəsi bütövlükdə ölkə iqtisadiyyatının inkişaf səviyyəsini müəyyən edir


Son illərdə milli iqtisadiyyatın şaxələndirilməsi, onun rəqabət qabiliyyətli sahələrinin inkişafının stimullaşdırılması tədbirləri çərçivəsində kiçik və orta sahibkarlığın səmərəli dəstəklənməsi və davamlı inkişafı istiqamətində dövlət tərəfindən məqsədyönlü siyasət həyata keçirilir. 2021-ci ilin nəticələrinə əsasən, qeyri-neft-qaz sektoru üzrə yaradılmış əlavə dəyərdə KOB-ların payı 27,5% olub, qeyri-neft ixracında payı 2020-ci ildəki 31,8 faizdən ötən il 59,8%-ə yüksəlib. Bu kateqoriyadan olan bizneslərin dövriyyəsi 2021-ci ildə 20 milyard ABŞ dollarına yaxın olub və ölkə üzrə biznesin ümumi dövriyyəsinin 32%-dən çox hissəsini, qeyri-neft ÜDM-in isə 56,5%-ni təşkil edib.


Ümumilikdə, dövlət tərəfindən KOB-ların inkişafının dəstəklənməsi istiqamətində biznes mühiti, yeni təşkilati modellər, dəstək tədbirləri və müasir xidmətlər əhatə olunmaqla kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər həm birbaşa olaraq mikro, kiçik və orta biznesə hədəflənir, həm də ümumi dəstək proqramları çərçivəsində KOB-ların da faydalanması üçün tətbiq olunur. Ölkəmizdə bu sahədə daha sistemli yanaşmanın tətbiqi üçün 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında müvafiq məsələlər əksini tapıb və bu hədəflərin reallaşdırılması KOB-ların fəaliyyətinin daha da genişlənməsinə töhfə verəcək.

Digər bloqlar

Audit rəyinin vacibliyi.

Maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydaları yenilənəcək

Kameral Vergi Yoxlanması

Ezamiyyə Qaydaları

Mühasibatlığı seçmək üçün səbəblər

Vergi orqanlarının təqdim etdiyi xidmətlər biznes mühitinin səmərəliliyini artırır

Sahibkarlığın innovativ inkişafına dəstək: səmərəli biznes şərtləri formalaşdıran vergi güzəştləri

2025-ci il üzrə vergi məcəlləsinə edilmiş əsas dəyişikliklər:

Nağdsız alış-verişlərdə “card to card” riski

Məzuniyyət əmrlərinin hazırlanması ilə bağlı vacib məqamlar

Pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınması

Süni intellektin tətbiqi nəticəsində mühasibat uçotu daha dəqiq aparılacaq

Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər kimlərdir?

Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə uçota alınması və yenidən uçota alınması qaydası

2025-ci il Mart ayı üzrə qeyri-iş günləri

Azərbaycanda kadr axtarışı ilə bağlı yeni alət tətbiq olunacaq

Zədələnmiş pul nişanlarını harada və necə dəyişdirək

Evini kirayə verənlər nə qədər vergi ödəməlidir?

Əmək müqaviləsi müddətli və müddətsiz olmaqla iki formada bağlana bilər.

Bayram günləri görülən işə görə əməkhaqqı necə ödənilir?

Onlayn əmək müqaviləsi necə imzalanır?

Hansı hallarda əməkhaqqından tutulmalar ola bilər?

Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlər

POS-terminalla ödənişlər həm biznes subyektləri, həm də istehlakçılar üçün sərfəlidir

Əlilliyi olan şəxslərə münasibətdə vergi inzibatçılığı sadələşdirilib

VOEN yeniden aktivlesdikde vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?

Sahibkarlığın inkişafını təmin edən mexanizmlər

İşçi xəstələndikdə hansı halda müavinət almaq hüququ var?

NET TAX 4 YAŞINDA!

Vergi ödəyiciləri üçün “Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib

Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi

Baş mühasibin işi nədən ibarətdir və o nəyə cavabdehdir?

İyunda 13 gün iş olmayacaq

İşləmək üçün yaş həddi nə qədərdir və kimlərə tətbiq olunur?

Fiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi?

Korporativ hüquq nədir?

Bakıda orta aylıq əməkhaqqı açıqlanıb

Vergi orqanı hansı vergilərin ödənilməsi cavabdeh hesab edilmir?

Ciddi hesabatın tətbiq edilməməsinə görə cərimə və sanskiya hesablanır?

“Kontragentləri araşdır” - vergi inzibatçılığında yeni şəffaflıq aləti

Maliyyə cərimələri

Əmək qanunvericiliyinin işçi sayı ilə bağlı hansı tələbi mövcuddur?

Sahibkarlığın qeydiyyatı üzrə hüquqi xidmətlər nələrdir?

Vergi öhdəliklərinin yerinə yetirilməsinə nail olmaq üçün səmərəli mexanizmlər

Vergi Məcəlləsində “gəlir” anlayışının izahı və tələbləri

HR koordinator kimdir və o nə iş görür?

HR sistemi necə qurulur?

Vergitutmanın formaları

Nizamnamə kapitalına qoyulan əsas vəsaitlərin rəsmiləşdirilməsi

Pərakəndə ticarətdə gəlir və xərclərin hesablanması

Mikro sahibkarlıq subyektlərinə güzəştlər

Yeni vergi dövrü başlayır – Vətəndaşlar nəyə hazır olmalıdır?

Mənfəət Vergisi

Mühasibat uçotu

Kadr Uçotunun Auditi

Malları idxal edən vergi ödəyiciləri ilə bağlı yumşalmalar

Dövlət Vergi Xidməti yeni xidmət istifadəyə verib

Gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq

Azərbaycanda yaşayış minimumu 15 manat artırılır!

Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?

Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?

Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanun dəyişdi

Sahibkarların sosial sığorta haqqının hesablanması qaydası dəyişir

Sadələşdirilmiş vergi ilə bağlı yeni qayda gəlir.

İşçilər məzuniyyətə çıxdıqda əməkhaqqından az olmamaqla məvacib ala biləcək.

Əmək Məcəlləsinə "Məsafədən (distant) iş anlayışı əlavə edilir.

11 gün qeyri-iş günü olacaq!

Fərdi sahibkarlar üçün məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər optimallaşdırılacaq

Aylıq gəliri 3000 manata dək olanlar 60 manat, 20 min manatdan çox olanlar 400 manat haqq ödəyəcəklər

ƏDV qeydiyyat limiti artırılır

VÖEN-i olmayan şəxslərdən malları rəsmi şəkildə necə almalı?

“ƏDV geri al” layihəsinin əhatə dairəsi genişləndirilir

İddia müddəti bitmiş debitor borc məbləğinin vergiyə cəlb edilməsi

Yeni iliniz mübarək

Gömrük bəyannaməsində idxal edilən mallar üzrə əks olunan ƏDV məbləği necə hesablanır?

Mülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu?

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı hansı vergi güzəştləri mövcuddur?

İşəgötürənə və işçiyə vurulmuş mənəvi ziyanın ödənilməsi

Əmək qanunvericiliyində yeniliklər nələrdir?

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.

2026-cı ildən məzuniyyət haqqı necə hesablanacaq?

Kimlər 75%-lik vergi güzəştindən yararlana bilər?

İlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?

Özəl sektorda çalışan işçilərə tətbiq olunan vergi və güzəştlər

Vergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?

Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?

Kirayə və icarə haqlarından vergilərin tutulması qaydası

Bir sıra ərizə formaları yenilənib

Sadələşdirilmiş vergi ödəyiciləri üçün hansı dəyişikliklər edilib?

Hüquqi şəxsin qeydiyyat sənədlərində məlumat dəyişikliyi

ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır

Sahibkarlara öz işçilərinin məcburi dövlət sosial sığorta haqlarını (DSMF ödənişlərini) ƏDV-nin depozit hesabında olan sərbəst vəsaitlər hesabına ödəmək imkanı yaradılır

Vergi Məcəlləsinə mühüm dəyişiklik qəbul edildi

Bütün bloqlar