Vergi ödəyicisi olan fiziki şəxs vəfat etdikdə onun vergi öhdəliklərinin aqibəti necə olur?

27.07.2026

Vergi Məcəlləsinin 77.4.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə onun vergi öhdəliyinə xitam verilir. Lakin burada bəzi istisnalar mövcuddur.


Vergi Məcəlləsinin 81.1-ci maddəsi də fiziki şəxs vəfat etdikdə onun yerinə yetirilməmiş vergi öhdəliklərinin hüquqi taleyini tənzimləyir. Qanunvericiliyə əsasən, şəxsin vəfatı onun bütün vergi borclarının və istənilən halda avtomatik olaraq silinməsi demək deyil. Belə ki, Məcəllənin 77.4.3-cü və 81.1-ci maddələrinə əsasən, fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər. Burada qanun varislərin hüquqlarını qorumaq üçün bu öhdəliyə çox mühüm iki məhdudiyyət qoyur: miras qalan əmlakın dəyəri hüdudları və miras payına mütənasiblik.


Vergi Məcəlləsinin 81.1-ci maddəsinin tətbiqi zamanı əsas götürülən iki mühüm meyar mövcuddur:


1. Miras əmlakın dəyəri hüdudunda: Varis vəfat edən şəxsin borcuna görə öz şəxsi cibindən və ya şəxsi əmlakı hesabına cavabdehlik daşımır. Öhdəlik yalnız ona qalan mirasın bazar (və ya qiymətləndirilmiş) dəyəri qədər ola bilər. Əgər borc mirasdan çoxdursa, varis artıq qalan hissəni ödəmir.


2. Miras payına mütənasib şəkildə: Əgər varis birdən çoxdursa, ümumi vergi borcu varislər arasında onların mirasdan aldıqları pay nisbətində bölünür.


Maddənin tam dərk olunması üçün fərqli ssenariləri əks etdirən 4 fərqli misala nəzər salaq:


Misal 1: Miras payı borcdan çox olduqda:


Tutaq ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs vəfat edib və onun dövlətə 6.000 manat məbləğində əmlak vergisi borcu var. Vəfat edən fiziki şəxsin 100.000 manat dəyərində əmlakı vərəsələrinə miras qalıb. Qanuni varis olaraq onun iki övladı mirası bərabər payla (hər biri 50% olmaqla) qəbul ediblər. Mirasın ümumi dəyəri (100.000 manat) vergi borcundan (6.000 manat) çox olduğu üçün borc tam ödənilməlidir. Belə olan təqdirdə vərəsələrin payı mütənasib bölünür:


- Birinci övladın payı: 6.000 x 50% = 3.000 manat;


- İkinci övladın payı: 6.000 x 50% = 3.000 manat.


Misal 2: Vergi borcu miras qalan əmlakın dəyərindən çox olduqda:


Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs vəfat edib və onun dövlətə 15.000 manat məbləğində əmlak vergisi borcu var. Vəfat etmiş fiziki şəxsin 10.000 manat dəyərində əmlakı varisinə miras qalıb. Vergi qanunvericiliyinin tələblərinə əsasən, vərəsə ancaq əldə etdiyi əmlak qədər vergi öhdəliyi daşıyır. Yəni 10.000 manat dəyərində əmlakı vərəsəlik qaydasında əldə edən varis 15.000 məbləğində əmlak vergisinin hamısını deyil, ancaq 10.000 manatlıq hissəni ödəmək məcburiyyətindədir. 5.000 vergi borcu dövlət tərəfindən silinir.


Misal 3: Varislərin miras payları qeyri-bərabər olduqda:


Vəfat etmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş fiziki şəxsin 12.000 manat vergi borcu var. Vəsiyyətnaməyə əsasən, onun 60.000 manat dəyərindəki əmlakı qızına 1/3 pay (20.000 manat), oğluna isə 2/3 pay (40.000 manat) olaraq miras qalıb. Belə olan təqdirdə vergi borcu da miras payına mütənasib şəkildə bölünür. Belə ki, əmlakın 1/3 payına sahib olan varis vergi borcunun 1/3-i qədər - 4.000 manat hissəsini, əmlakın 2/3 payına sahib olan varis isə mütənasib olaraq vergi borcunun 8.000 manatlıq hissəsini ödəməklə mükəlləfdir.


Misal 4: Vəfat etmiş fiziki şəxsin digər vergilər üzrə dövlət büdcəsinə borcu olduqda:


Ən mühüm məsələlərdən biri vəfat etmiş fiziki şəxsin təkcə əmlak vergisi üzrə deyil, həmçinin digər vergilər üzrə də dövlət büdcəsinə borcunun olması ilə bağlıdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, vəfat etmiş fiziki şəxsin digər vergilər üzrə borcu onun vərəsələrindən tələb edilə bilməz və varislər dövlət büdcəsinə olan digər vergilər üzrə borcu ödəmək öhdəliyində deyillər.


Məsələn, vəfat etmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin dövlət büdcəsinə 50.000 manat gəlir vergisi üzrə, 2.000 manat isə əmlak vergisi üzrə borcu var. Habelə vəfat etmiş fiziki şəxsin 100.000 manat dəyərində əmlakı vərəsəlik qaydasında öz varisinə keçib. Belə olan təqdirdə vəfat etmiş fiziki şəxsin varisinin ancaq 2.000 manat məbləğində əmlak vergisini dövlət büdcəsinə ödəmək öhdəliyi var.


Burada diqqət çəkən digər bir məqam isə varislərin mirasdan imtina etmək hüquqlarının olmasıdır. Əgər vəfat etmiş fiziki şəxsin vergi borcu ona miras qalan əmlakdın dəyərindən çoxdursa, varis Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, notariat qaydasında mirasdan tam imtina edə bilər. Mirasdan imtina edildikdə, varisin vəfat etmiş şəxsin vergi borcunu ödəmək kimi öhdəliyi yaranmır

Digər bloqlar

Audit rəyinin vacibliyi.

Maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydaları yenilənəcək

Kameral Vergi Yoxlanması

Ezamiyyə Qaydaları

Mühasibatlığı seçmək üçün səbəblər

Vergi orqanlarının təqdim etdiyi xidmətlər biznes mühitinin səmərəliliyini artırır

Sahibkarlığın innovativ inkişafına dəstək: səmərəli biznes şərtləri formalaşdıran vergi güzəştləri

2025-ci il üzrə vergi məcəlləsinə edilmiş əsas dəyişikliklər:

Nağdsız alış-verişlərdə “card to card” riski

Məzuniyyət əmrlərinin hazırlanması ilə bağlı vacib məqamlar

Pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınması

Süni intellektin tətbiqi nəticəsində mühasibat uçotu daha dəqiq aparılacaq

Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər kimlərdir?

Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə uçota alınması və yenidən uçota alınması qaydası

2025-ci il Mart ayı üzrə qeyri-iş günləri

Azərbaycanda kadr axtarışı ilə bağlı yeni alət tətbiq olunacaq

Zədələnmiş pul nişanlarını harada və necə dəyişdirək

Evini kirayə verənlər nə qədər vergi ödəməlidir?

Əmək müqaviləsi müddətli və müddətsiz olmaqla iki formada bağlana bilər.

Bayram günləri görülən işə görə əməkhaqqı necə ödənilir?

Onlayn əmək müqaviləsi necə imzalanır?

Vergi güzəştləri kiçik və orta biznesin iqtisadiyyatda rolunu artırır

Hansı hallarda əməkhaqqından tutulmalar ola bilər?

Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlər

POS-terminalla ödənişlər həm biznes subyektləri, həm də istehlakçılar üçün sərfəlidir

Əlilliyi olan şəxslərə münasibətdə vergi inzibatçılığı sadələşdirilib

VOEN yeniden aktivlesdikde vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?

Sahibkarlığın inkişafını təmin edən mexanizmlər

İşçi xəstələndikdə hansı halda müavinət almaq hüququ var?

NET TAX 4 YAŞINDA!

Vergi ödəyiciləri üçün “Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib

Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi

Baş mühasibin işi nədən ibarətdir və o nəyə cavabdehdir?

İyunda 13 gün iş olmayacaq

İşləmək üçün yaş həddi nə qədərdir və kimlərə tətbiq olunur?

Fiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi?

Korporativ hüquq nədir?

Bakıda orta aylıq əməkhaqqı açıqlanıb

Vergi orqanı hansı vergilərin ödənilməsi cavabdeh hesab edilmir?

Ciddi hesabatın tətbiq edilməməsinə görə cərimə və sanskiya hesablanır?

“Kontragentləri araşdır” - vergi inzibatçılığında yeni şəffaflıq aləti

Maliyyə cərimələri

Əmək qanunvericiliyinin işçi sayı ilə bağlı hansı tələbi mövcuddur?

Sahibkarlığın qeydiyyatı üzrə hüquqi xidmətlər nələrdir?

Vergi öhdəliklərinin yerinə yetirilməsinə nail olmaq üçün səmərəli mexanizmlər

Vergi Məcəlləsində “gəlir” anlayışının izahı və tələbləri

HR koordinator kimdir və o nə iş görür?

HR sistemi necə qurulur?

Vergitutmanın formaları

Nizamnamə kapitalına qoyulan əsas vəsaitlərin rəsmiləşdirilməsi

Pərakəndə ticarətdə gəlir və xərclərin hesablanması

Mikro sahibkarlıq subyektlərinə güzəştlər

Yeni vergi dövrü başlayır – Vətəndaşlar nəyə hazır olmalıdır?

Mənfəət Vergisi

Mühasibat uçotu

Kadr Uçotunun Auditi

Malları idxal edən vergi ödəyiciləri ilə bağlı yumşalmalar

Dövlət Vergi Xidməti yeni xidmət istifadəyə verib

Gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq

Azərbaycanda yaşayış minimumu 15 manat artırılır!

Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?

Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?

Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanun dəyişdi

Sahibkarların sosial sığorta haqqının hesablanması qaydası dəyişir

Sadələşdirilmiş vergi ilə bağlı yeni qayda gəlir.

İşçilər məzuniyyətə çıxdıqda əməkhaqqından az olmamaqla məvacib ala biləcək.

Əmək Məcəlləsinə "Məsafədən (distant) iş anlayışı əlavə edilir.

11 gün qeyri-iş günü olacaq!

Fərdi sahibkarlar üçün məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər optimallaşdırılacaq

Aylıq gəliri 3000 manata dək olanlar 60 manat, 20 min manatdan çox olanlar 400 manat haqq ödəyəcəklər

ƏDV qeydiyyat limiti artırılır

VÖEN-i olmayan şəxslərdən malları rəsmi şəkildə necə almalı?

“ƏDV geri al” layihəsinin əhatə dairəsi genişləndirilir

İddia müddəti bitmiş debitor borc məbləğinin vergiyə cəlb edilməsi

Yeni iliniz mübarək

Gömrük bəyannaməsində idxal edilən mallar üzrə əks olunan ƏDV məbləği necə hesablanır?

Mülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu?

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı hansı vergi güzəştləri mövcuddur?

İşəgötürənə və işçiyə vurulmuş mənəvi ziyanın ödənilməsi

Əmək qanunvericiliyində yeniliklər nələrdir?

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.

2026-cı ildən məzuniyyət haqqı necə hesablanacaq?

Kimlər 75%-lik vergi güzəştindən yararlana bilər?

İlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?

Özəl sektorda çalışan işçilərə tətbiq olunan vergi və güzəştlər

Vergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?

Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?

Kirayə və icarə haqlarından vergilərin tutulması qaydası

Bir sıra ərizə formaları yenilənib

Sadələşdirilmiş vergi ödəyiciləri üçün hansı dəyişikliklər edilib?

Hüquqi şəxsin qeydiyyat sənədlərində məlumat dəyişikliyi

ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır

Sahibkarlara öz işçilərinin məcburi dövlət sosial sığorta haqlarını (DSMF ödənişlərini) ƏDV-nin depozit hesabında olan sərbəst vəsaitlər hesabına ödəmək imkanı yaradılır

Vergi Məcəlləsinə mühüm dəyişiklik qəbul edildi

Hansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?

Məzuniyyət və işçinin təminatları

Kartdan-karta köçürmələrə limit

Bir sıra bəyannamələrin tərtib olunması qaydaları təsdiq edilib

Reklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi?

İlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur?

Fiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?

Bank hesabına sərəncam qoyulan vergi ödəyicisi işçilərin əməkhaqqını ödəyə bilərmi?

VÖEN-in müvəqqəti dayandırılması üçün hara və necə müraciət edilməlidir?

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

Bütün bloqlar