Vergi öhdəliklərinin yerinə yetirilməsinə nail olmaq üçün səmərəli mexanizmlər

13.07.2025

Vergi öhdəliklərinin yerinə yetirilməsi və vergi borclarının ödənilməsini təmin etmək vergi sistemləri üçün vacib çağırışlardan biridir. Bunun bir neçə başlıca səbəbi var. İlk növbədə, bu, vergi borclarının düzgün idarə edilməsi, vergilərin ədalətli və şəffaf şəkildə toplanmasına şərait yaradır. Ədalətli və şəffaf vergi toplanması isə dövlətin vergi sisteminə olan etibarı gücləndirir. İnsanlar öz öhdəliklərini yerinə yetirməkdə daha çox könüllü olurlar.

Vergi borclarının düzgün idarə edilməsi vergi ödəyicilərinin hüquqlarını və mülkiyyətlərini qoruyur. Dövlətin maliyyə ehtiyatlarının düzgün idarə olunmasına, iqtisadi inkişaf və sabitliyə müsbət təsir göstərir. Bu, həm daxili, həm də xarici investisiyaların cəlb olunmasına şərait yaradır. Vergi borclarının düzgün toplanması dövlətin vacib maliyyə resurslarını artırır və bu, sosial xidmətlər, infrastruktur layihələri və digər dövlət proqramlarının maliyyələşdirilməsinə kömək edir. Vergi borclarının effektiv şəkildə idarə edilməsi dövlət büdcəsini daha səmərəli planlaşdırmağa və xərcləri düzgün istiqamətləndirməyə imkan verir. Qlobal miqyasda vergi borclarının düzgün idarə edilməsi ölkələr arasında əməkdaşlığı gücləndirir, beynəlxalq vergi mübahisələrini həll etməyə kömək edir. Bu üstünlüklərlə yanaşı, vergi borcları sahəsində səmərəli idarəetmə maliyyə intizamını da təmin edi

Dünya təcrübəsində maliyyə intizamının təmin edilməsinə yanaşmalar

Bəzi vergi orqanları vergi borcunun idarə olunması strategiyasını İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) vergi yığımı üzrə dörd əsas prinsipini rəhbər tutmaqla hazırlayırlar. Bunlara ödəniş tarixindən əvvəl vergi ödəyiciləri ilə əlaqə, ödəniş tarixindən sonra yığımın maksimal dərəcədə artırılması, icra səlahiyyətlərinin effektiv və vaxtında tətbiqi və real borcun bərpası daxildir. Ödəniş tarixindən əvvəl vergi ödəyiciləri ilə əlaqə dedikdə vergi ödəyicilərinə ödəniş öhdəliklərini anlamaqda və yerinə yetirməkdə kömək etmək, öhdəlikləri icra etmək üçün mövcud elektron xidmətlər və şəxsi hesablar/portal barədə məlumat vermək, SMS və digər vasitələrlə son ödəniş tarixlərini xatırlatmaq, borca düşmə riski daha yüksək olan vergi ödəyiciləri ilə əlaqə yaratmaq kimi tədbirlər nəzərdə tutulur. Ödəniş tarixindən sonra yığımın maksimal dərəcədə artırılmasına isə borclu vergi ödəyiciləri ilə əlaqə yaradaraq onların ödəniş etməsini mümkün qədər tez təmin etmək, ödəniş edə bilməyən, amma ödəniş etmək istəyən borcluları müəyyən etmək və ödəmə planlarını təşviq etmək daxildir. İcra səlahiyyətlərinin effektiv və vaxtında tətbiqinə borc yığımı prosesində hüquqi və inzibati vasitələrdən məqsədəuyğun istifadə etmək, məhkəmə qərarları, güzəştlər, faizlər və digər tədbirlərlə borcun aradan qalxmasını təmin etmək, səlahiyyətlərin tətbiqində şəffaflıq və ədalət prinsiplərinə riayət etmək aid edilir. Realistik borc yığımı isə borc yığımı üçün prioritetləri müəyyənləşdirmək, o cümlədən borcun ölçüsü, vergi ödəyicisinin maliyyə vəziyyəti və borcun müddətini nəzərə almaq, borcun tamamilə yığılması mümkün olmayan hallarda alternativ həll yollarını tətbiq etmək, mürəkkəb və çoxmərhələli borc yığımı proseslərini effektiv idarə etmək, borcun idarə olunmasında adaptiv yanaşmalar tətbiq etmək kimi məsələləri əhatə edir

Azərbaycanda vergi borclarının tənzimlənməsi təkmilləşdirilir

Ölkəmizdə vergi borclarının yığılmasının effektivliyinin artırılması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi, bu sahədə məlumatlılığın artırılması və vergi öhdəliklərinin daha effektiv yerinə yetirilməsi mexanizmlərinin təkmilləşdirilməsi diqqətdə saxlanılır. Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində son zamanlar edilmiş mühüm dəyişikliklərdən biri vergi borclarının alınmasına möhlət verilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Bu mexanizm müasir iqtisadi şəraitə uyğunlaşdırılıb. Bu sahədə təkmilləşdirmələrin dünya təcrübəsinə uyğunluğunun təmin edilməsi üçün beynəlxalq təcrübə də öyrənilir. Belə ki, Dövlət Vergi Xidməti (DVX) ilə Dünya Bankı (DB) arasında “Azərbaycanda vergi islahatları üzrə texniki yardım layihəsi” üzrə əməkdaşlıq çərçivəsində “Vergi öhdəliyinin qabaqcıl ölkələrin təcrübəsi əsasında idarə olunması” modulu üzrə müzakirələr aparılır. Modulun məqsədi Azərbaycanın vergi sistemində borc həcminin tərkibini müəyyənləşdirmək, yaranması səbəblərini aradan qaldırmaq üçün tövsiyələr hazırlamaq və vergi borclarının alınması sahəsində müasir alətlər haqqında maarifləndirmə tədbirlərini təqdim etməkdir. Vergi inzibatçılığının müqayisəli qiymətləndirilməsini təmin edən vasitələrdən biri də Beynəlxalq Valyuta Fondunun hazırladığı Vergi İnzibatçılığı Diaqnostik Qiymətləndirmə Alətidir (TADAT). TADAT metodologiyasına əsasən, vergi borclarının məbləği və hərəkət göstəricisi büdcə ilinin sonunda ümumi vergi borclarının həmin tarixə olan ümumi vergi gəlirlərinə nisbəti ilə ölçülür. Bu metodologiyaya əsasən, DVX tərəfindən 2024-cü il üzrə borcun alınması sahəsində həyata keçirilmiş inzibatçılıq “lazımi səviyyədə təşkil olunmuş” kimi qiymətləndirilib. DVX tərəfindən vergi ödəyiciləri arasında vergi borclarının ödənilməsi barədə məlumatlandırmanı artırmaq məqsədilə bir çox tədbirlər həyata keçirilir.r.r.

Digər bloqlar

Audit rəyinin vacibliyi.

Maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydaları yenilənəcək

Kameral Vergi Yoxlanması

Ezamiyyə Qaydaları

Mühasibatlığı seçmək üçün səbəblər

Vergi orqanlarının təqdim etdiyi xidmətlər biznes mühitinin səmərəliliyini artırır

Sahibkarlığın innovativ inkişafına dəstək: səmərəli biznes şərtləri formalaşdıran vergi güzəştləri

2025-ci il üzrə vergi məcəlləsinə edilmiş əsas dəyişikliklər:

Nağdsız alış-verişlərdə “card to card” riski

Məzuniyyət əmrlərinin hazırlanması ilə bağlı vacib məqamlar

Pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınması

Süni intellektin tətbiqi nəticəsində mühasibat uçotu daha dəqiq aparılacaq

Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər kimlərdir?

Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə uçota alınması və yenidən uçota alınması qaydası

2025-ci il Mart ayı üzrə qeyri-iş günləri

Azərbaycanda kadr axtarışı ilə bağlı yeni alət tətbiq olunacaq

Zədələnmiş pul nişanlarını harada və necə dəyişdirək

Evini kirayə verənlər nə qədər vergi ödəməlidir?

Əmək müqaviləsi müddətli və müddətsiz olmaqla iki formada bağlana bilər.

Bayram günləri görülən işə görə əməkhaqqı necə ödənilir?

Onlayn əmək müqaviləsi necə imzalanır?

Vergi güzəştləri kiçik və orta biznesin iqtisadiyyatda rolunu artırır

Hansı hallarda əməkhaqqından tutulmalar ola bilər?

Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlər

POS-terminalla ödənişlər həm biznes subyektləri, həm də istehlakçılar üçün sərfəlidir

Əlilliyi olan şəxslərə münasibətdə vergi inzibatçılığı sadələşdirilib

VOEN yeniden aktivlesdikde vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?

Sahibkarlığın inkişafını təmin edən mexanizmlər

İşçi xəstələndikdə hansı halda müavinət almaq hüququ var?

NET TAX 4 YAŞINDA!

Vergi ödəyiciləri üçün “Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib

Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi

Baş mühasibin işi nədən ibarətdir və o nəyə cavabdehdir?

İyunda 13 gün iş olmayacaq

İşləmək üçün yaş həddi nə qədərdir və kimlərə tətbiq olunur?

Fiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi?

Korporativ hüquq nədir?

Bakıda orta aylıq əməkhaqqı açıqlanıb

Vergi orqanı hansı vergilərin ödənilməsi cavabdeh hesab edilmir?

Ciddi hesabatın tətbiq edilməməsinə görə cərimə və sanskiya hesablanır?

“Kontragentləri araşdır” - vergi inzibatçılığında yeni şəffaflıq aləti

Maliyyə cərimələri

Əmək qanunvericiliyinin işçi sayı ilə bağlı hansı tələbi mövcuddur?

Sahibkarlığın qeydiyyatı üzrə hüquqi xidmətlər nələrdir?

Vergi Məcəlləsində “gəlir” anlayışının izahı və tələbləri

HR koordinator kimdir və o nə iş görür?

HR sistemi necə qurulur?

Vergitutmanın formaları

Nizamnamə kapitalına qoyulan əsas vəsaitlərin rəsmiləşdirilməsi

Pərakəndə ticarətdə gəlir və xərclərin hesablanması

Mikro sahibkarlıq subyektlərinə güzəştlər

Yeni vergi dövrü başlayır – Vətəndaşlar nəyə hazır olmalıdır?

Mənfəət Vergisi

Mühasibat uçotu

Kadr Uçotunun Auditi

Malları idxal edən vergi ödəyiciləri ilə bağlı yumşalmalar

Dövlət Vergi Xidməti yeni xidmət istifadəyə verib

Gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq

Azərbaycanda yaşayış minimumu 15 manat artırılır!

Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?

Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?

Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanun dəyişdi

Sahibkarların sosial sığorta haqqının hesablanması qaydası dəyişir

Sadələşdirilmiş vergi ilə bağlı yeni qayda gəlir.

İşçilər məzuniyyətə çıxdıqda əməkhaqqından az olmamaqla məvacib ala biləcək.

Əmək Məcəlləsinə "Məsafədən (distant) iş anlayışı əlavə edilir.

11 gün qeyri-iş günü olacaq!

Fərdi sahibkarlar üçün məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər optimallaşdırılacaq

Aylıq gəliri 3000 manata dək olanlar 60 manat, 20 min manatdan çox olanlar 400 manat haqq ödəyəcəklər

ƏDV qeydiyyat limiti artırılır

VÖEN-i olmayan şəxslərdən malları rəsmi şəkildə necə almalı?

“ƏDV geri al” layihəsinin əhatə dairəsi genişləndirilir

İddia müddəti bitmiş debitor borc məbləğinin vergiyə cəlb edilməsi

Yeni iliniz mübarək

Gömrük bəyannaməsində idxal edilən mallar üzrə əks olunan ƏDV məbləği necə hesablanır?

Mülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu?

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı hansı vergi güzəştləri mövcuddur?

İşəgötürənə və işçiyə vurulmuş mənəvi ziyanın ödənilməsi

Əmək qanunvericiliyində yeniliklər nələrdir?

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.

2026-cı ildən məzuniyyət haqqı necə hesablanacaq?

Kimlər 75%-lik vergi güzəştindən yararlana bilər?

İlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?

Özəl sektorda çalışan işçilərə tətbiq olunan vergi və güzəştlər

Vergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?

Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?

Kirayə və icarə haqlarından vergilərin tutulması qaydası

Bir sıra ərizə formaları yenilənib

Sadələşdirilmiş vergi ödəyiciləri üçün hansı dəyişikliklər edilib?

Hüquqi şəxsin qeydiyyat sənədlərində məlumat dəyişikliyi

ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır

Sahibkarlara öz işçilərinin məcburi dövlət sosial sığorta haqlarını (DSMF ödənişlərini) ƏDV-nin depozit hesabında olan sərbəst vəsaitlər hesabına ödəmək imkanı yaradılır

Vergi Məcəlləsinə mühüm dəyişiklik qəbul edildi

Bütün bloqlar