Zədələnmiş pul nişanlarını harada və necə dəyişdirək

03.03.2025

Bəzən yararsız vəziyyətə düşən pullar gündəlik həyatımızda xeyli çətinlik yaradır. Hətta elə hallar olur ki, mal və xidmətlərin dəyərini ödəmək istəyəndə satıcı əskinasın yararsız vəziyyətdə olmasını əsas gətirərək, onu qəbul etməkdən imtina edir. 

Ödəniş terminalları da bu kimi vəsaitləri qəbul etmir. Belə olan halda, çarəsiz qalan vətəndaş hara müraciət etməlidir?

Pul nişanları hansı halda zədələnmiş hesab edilir və dövriyyədən çıxarılır?

Pul nişanının yararsız olub-olmamasını aydınlaşdırmaq üçün Mərkəzi Bankın müəyyən etdiyi "Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları"na nəzər yetirmək lazımdır. Həmin qaydalarda açıq-aydın göstərilir ki, pulun müəyyən olunmuş ölçüdə (və ya ondan artıq) yararsızlıq göstəriciləri varsa, Mərkəzi Bank tərəfindən dövriyyədən çıxarılır. Məsələn, əskinasın üzərində çirk, ləkə, cırıq, yapışqanlı lent və s. kimi əlamətlər varsa, tədavülə yararsız hesab edilir və dövriyyədən çıxarılır.

Zədələnmiş pul nişanlarının dəyişdirilməsi qaydası

Yararsız milli pul nişanlarının dəyişdirilməsi "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 40-cı maddəsi ilə tənzimlənir. Pulun dəyişdirilməsi onun həqiqiliyinin və nominal dəyərinin ödənilməsi yoxlanılmaqla həyata keçirilir. Belə ki, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl və ya ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 faizdən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir. Metal pul nişanlarına gəldikdə, qəpiklərin nominal dəyərinin 

Mərkəzi Bank tərəfindən ödənilməsi üçün həmin pulun bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış olmalıdır.

Hansı hallarda satıcı alıcıdan pulun qəbulundan imtina edə bilər?

"Mərkəzi Bank haqqında” Qanunun 40-cı, yəni pul nişanlarının dəyişdirilməsi maddəsində müəyyən edilmiş tələblərə cavab verməyən pul nişanının nominal dəyəri ödənilmir. Belə olan halda, qarşı tərəf əskinasları qəbul etməyə bilər.

Yararsız hesab olunan pul nişanları haraya təhvil verilməlidir?

Əlində yararsız hala düşmüş pul nişanı olan vətəndaşlar həmin əskinasları ölkə ərazisində fəaliyyət göstərən istənilən kommersiya bankına yaxınlaşaraq dəyişdirə bilərlər. Bundan başqa, Mərkəzi Bankın paytaxt Bakıda, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında da belə əskinasları dəyişdirib yenisini almaq mümkündür. 

Regionlarda yaşayan vətəndaşlarımız isə eyni əməliyyatı banklarla yanaşı, Mərkəzi Bankın Yevlax Ehtiyat Mərkəzi, Biləsuvar Regional Mərkəzi və Naxçıvan Muxtar Respublikası İdarəsində təşkil olunan nağd pul ofislərində ödənişsiz əsasda həyata keçirə bilərlər. Burada bir məsələ xüsusi qeyd edilməlidir ki, ölkə ərazisində fəaliyyət göstərən kommersiya bankları və onların filiallarında yararsız pul nişanlarının dəyişdirilməsi həmin bankın daxili siyasətinə uyğun olaraq, ödənişli və ya ödənişsiz həyata keçirilə bilər.

Xarici valyutada yararsız əskinaslar da dəyişdirilə bilərmi?

AMB xarici valyutada olan pul nişanlarının dəyişdirilməsi əməliyyatını həyata keçirmir. Bu məsələ "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 40-cı maddəsində açıq göstərilir. Bununla belə, vətəndaşlar yararsız hala düşmüş xarici ölkə əskinaslarını dəyişdirmək üçün kommersiya banklarına üz tuta bilərlər.

Pul nişanlarının reproduksiyası (bənzədilmiş surətdə hazırlanması) hansı qaydalar əsasında aparılır?

Bu məsələ "Pul nişanlarının reproduksiyası Qaydası”nda müəyyən edilmiş tələblər əsasında həyata keçirilir. Həmin qaydalarda göstərilən tələblər, yəni pulun ölçüləri, təsvirləri, materialı uyğun gəlmədikdə, bu, saxta pul hesab olunur və aidiyyəti üzrə istintaq əməliyyatlarının aparılması məqsədilə Mərkəzi Bank tərəfindən hüquq-mühafizə orqanlarına təqdim edilir. Kağız pul nişanının reproduksiyası Mərkəzi Bankın tədavülə buraxdığı pul nişanının orijinal kağızından fərqlənən materialdan hazırlanmalıdır. Əskinasın hər iki tərəfinin və ya müəyyən hissəsinin, eləcə də pul nişanının fərdi dizayn elementinin reproduksiyasının rəng tonu tədavüldəki pul nişanlarının əsas rəng tonundan ən azı 30 faiz tünd və ya əksinə, açıq olmalıdır. Digər vacib şərt isə odur ki, kağız pul nişanının reproduksiyasının üzərində aydın oxuna bilən şriftlə, iri hərflərlə yazılmış, silinməsi mümkün olmayan və reproduksiyanın əsas rəng tonundan seçilən "REPRODUKSİYA” sözü əks olunmalıdır. Metal pul nişanlarının reproduksiyası isə hamar səthdə əks etdirilməli və tədavüldəki pul nişanlarındakı kimi qabarıq dizaynda olmamalı, metal olmayan və metal görüntüsü yaratmayan materialdan hazırlanmalıdır. Ölçülər isə real qəpiklərdən 1/2 dəfə kiçik və ya 2 dəfədən böyük götürülməlidir.

Bəs pullar maksimum neçə il istifadə edildikdən sonra yeniləri ilə əvəzlənir?

Pul nişanının tədavüldə ömür müddəti birbaşa onun nağd pul əməliyyatları zamanı istifadəsinin intensivliyindən asılıdır. Məsələn, aşağı nominallı pul nişanları intensiv istifadə olunduğundan daha tez aşınır. Sözsüz ki, bu da yuxarı nominallı pul nişanları ilə nisbətdə daha az tədavüldə qalması ilə nəticələnir. Ümumiyyətlə, pul nişanlarının tədavüldəki ömür müddəti bir sıra amillərdən, o cümlədən əhalinin pulla davranışından, iqlim şəraitindən, saxlanma şərtlərindən də asılı ola bilər. Təhlillər göstərir ki, kağız əskinasların tədavüldəki ömür müddəti, nominalından asılı olaraq, təqribən 2 ildən 6 ilə qədərdir. Metal pul nişanları üzrə isə bu müddət 10 ildən yuxarıdır.

Digər bloqlar

Audit rəyinin vacibliyi.

Maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydaları yenilənəcək

Kameral Vergi Yoxlanması

Ezamiyyə Qaydaları

Mühasibatlığı seçmək üçün səbəblər

Vergi orqanlarının təqdim etdiyi xidmətlər biznes mühitinin səmərəliliyini artırır

Sahibkarlığın innovativ inkişafına dəstək: səmərəli biznes şərtləri formalaşdıran vergi güzəştləri

2025-ci il üzrə vergi məcəlləsinə edilmiş əsas dəyişikliklər:

Nağdsız alış-verişlərdə “card to card” riski

Məzuniyyət əmrlərinin hazırlanması ilə bağlı vacib məqamlar

Pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınması

Süni intellektin tətbiqi nəticəsində mühasibat uçotu daha dəqiq aparılacaq

Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər kimlərdir?

Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə uçota alınması və yenidən uçota alınması qaydası

2025-ci il Mart ayı üzrə qeyri-iş günləri

Azərbaycanda kadr axtarışı ilə bağlı yeni alət tətbiq olunacaq

Evini kirayə verənlər nə qədər vergi ödəməlidir?

Əmək müqaviləsi müddətli və müddətsiz olmaqla iki formada bağlana bilər.

Bayram günləri görülən işə görə əməkhaqqı necə ödənilir?

Onlayn əmək müqaviləsi necə imzalanır?

Vergi güzəştləri kiçik və orta biznesin iqtisadiyyatda rolunu artırır

Hansı hallarda əməkhaqqından tutulmalar ola bilər?

Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlər

POS-terminalla ödənişlər həm biznes subyektləri, həm də istehlakçılar üçün sərfəlidir

Əlilliyi olan şəxslərə münasibətdə vergi inzibatçılığı sadələşdirilib

VOEN yeniden aktivlesdikde vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?

Sahibkarlığın inkişafını təmin edən mexanizmlər

İşçi xəstələndikdə hansı halda müavinət almaq hüququ var?

NET TAX 4 YAŞINDA!

Vergi ödəyiciləri üçün “Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib

Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi

Baş mühasibin işi nədən ibarətdir və o nəyə cavabdehdir?

İyunda 13 gün iş olmayacaq

İşləmək üçün yaş həddi nə qədərdir və kimlərə tətbiq olunur?

Fiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi?

Korporativ hüquq nədir?

Bakıda orta aylıq əməkhaqqı açıqlanıb

Vergi orqanı hansı vergilərin ödənilməsi cavabdeh hesab edilmir?

Ciddi hesabatın tətbiq edilməməsinə görə cərimə və sanskiya hesablanır?

“Kontragentləri araşdır” - vergi inzibatçılığında yeni şəffaflıq aləti

Maliyyə cərimələri

Əmək qanunvericiliyinin işçi sayı ilə bağlı hansı tələbi mövcuddur?

Sahibkarlığın qeydiyyatı üzrə hüquqi xidmətlər nələrdir?

Vergi öhdəliklərinin yerinə yetirilməsinə nail olmaq üçün səmərəli mexanizmlər

Vergi Məcəlləsində “gəlir” anlayışının izahı və tələbləri

HR koordinator kimdir və o nə iş görür?

HR sistemi necə qurulur?

Vergitutmanın formaları

Nizamnamə kapitalına qoyulan əsas vəsaitlərin rəsmiləşdirilməsi

Pərakəndə ticarətdə gəlir və xərclərin hesablanması

Mikro sahibkarlıq subyektlərinə güzəştlər

Yeni vergi dövrü başlayır – Vətəndaşlar nəyə hazır olmalıdır?

Mənfəət Vergisi

Mühasibat uçotu

Kadr Uçotunun Auditi

Malları idxal edən vergi ödəyiciləri ilə bağlı yumşalmalar

Dövlət Vergi Xidməti yeni xidmət istifadəyə verib

Gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq

Azərbaycanda yaşayış minimumu 15 manat artırılır!

Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?

Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?

Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanun dəyişdi

Sahibkarların sosial sığorta haqqının hesablanması qaydası dəyişir

Sadələşdirilmiş vergi ilə bağlı yeni qayda gəlir.

İşçilər məzuniyyətə çıxdıqda əməkhaqqından az olmamaqla məvacib ala biləcək.

Əmək Məcəlləsinə "Məsafədən (distant) iş anlayışı əlavə edilir.

11 gün qeyri-iş günü olacaq!

Fərdi sahibkarlar üçün məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər optimallaşdırılacaq

Aylıq gəliri 3000 manata dək olanlar 60 manat, 20 min manatdan çox olanlar 400 manat haqq ödəyəcəklər

ƏDV qeydiyyat limiti artırılır

VÖEN-i olmayan şəxslərdən malları rəsmi şəkildə necə almalı?

“ƏDV geri al” layihəsinin əhatə dairəsi genişləndirilir

İddia müddəti bitmiş debitor borc məbləğinin vergiyə cəlb edilməsi

Yeni iliniz mübarək

Gömrük bəyannaməsində idxal edilən mallar üzrə əks olunan ƏDV məbləği necə hesablanır?

Mülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu?

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı hansı vergi güzəştləri mövcuddur?

İşəgötürənə və işçiyə vurulmuş mənəvi ziyanın ödənilməsi

Əmək qanunvericiliyində yeniliklər nələrdir?

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.

2026-cı ildən məzuniyyət haqqı necə hesablanacaq?

Kimlər 75%-lik vergi güzəştindən yararlana bilər?

İlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?

Özəl sektorda çalışan işçilərə tətbiq olunan vergi və güzəştlər

Vergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?

Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?

Kirayə və icarə haqlarından vergilərin tutulması qaydası

Bir sıra ərizə formaları yenilənib

Sadələşdirilmiş vergi ödəyiciləri üçün hansı dəyişikliklər edilib?

Hüquqi şəxsin qeydiyyat sənədlərində məlumat dəyişikliyi

ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır

Sahibkarlara öz işçilərinin məcburi dövlət sosial sığorta haqlarını (DSMF ödənişlərini) ƏDV-nin depozit hesabında olan sərbəst vəsaitlər hesabına ödəmək imkanı yaradılır

Vergi Məcəlləsinə mühüm dəyişiklik qəbul edildi

Bütün bloqlar