İşçi xəstələndikdə hansı halda müavinət almaq hüququ var?

26.04.2025


1. Mülki-hüquqi müqavilə əsasında 

Belə müqavilələr əsasında iş və ya xidmət icra edən şəxslər işçi hesab edilmir. Bu şəxslərlə münasibətlər Mülki Məcəllə ilə tənzimlənir və bu şəxslər işçi yox, icraçı hesab edilirlər. Mülki hüquqi müqavilə (xidmət müqaviləsi) əsasında çalışan şəxslər müəyyən xidmət haqqı qarşılığında onlara həvalə olunan işi icra edirlər. Onların müəyyən olunmuş iş vaxtı yoxdur. Müəyyən zaman kəsiyində müqavilə predmetinə uyğun olaraq işi təhvil verməlidirlər. Bu baxımdan, onların xəstəlik səbəbindən bir və ya bir neçə gün işi icra etməməsi problem yaratmır. Yəni onların xəstəlik səbəbindən olmasa belə iş yerinə gəlməsi ilə bağlı xüsusi bir qanuni tələb yoxdur (əgər müqavilədə xüsusi norma müəyyən edilməmişdirsə). Xidmət müqaviləsi əsasında çalışan şəxslərin müəyyən olunmuş işi şəxsən yerinə yetirməsi də vacib deyil. Müqavilə üzrə öhdəlik götürülmüş iş icraçının əməkdaşları və ya müvəkkil etdiyi şəxslər tərəfindən də yerinə yetirilən bilər.


2. Qeyri – rəsmi çalışanlar

Təəssüf ki, müəyyən sahələr üzrə qeyri-rəsmi məşğul şəxslər də var. Bu şəxslərin qanunvericilikdə müəyyən olunmuş bir çox hüquqları pozulur. Belə hüquqlardan biri də onların xəstələndikləri dövrdə, yəni əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövründə qanunvericilikdə müəyyən olunmuş müavinət almaq hüququndan məhrum olmasıdır. Belə şəxslər xəstələndikləri dövrdə çalışdığı iş yerinin rəhbərliyinin icazəsi ilə bir neçə günlük işdən azad oluna bilər. Bu, hər bir halda həmin işəgötürənin şəxsi yanaşmasına bağlı bir məsələdir. Bu dövrdə, yəni xəstəlik səbəbindən şəxsin işdə olmadığı dövrdə bəzi iş yerləri həmin dövr üçün ödəniş ödədikləri kimi, bəzi iş yerləri isə işləmədiyi müddət üçün ödəniş etməyə bilərlər.


3. Əmək müqaviləsi əsasında çalışan şəxslər

Əmək Məcəlləsi və digər qanunvericilik aktlarında əmək müqaviləsi əsasında çalışan şəxslər üçün bir sıra güzəşt və imtiyazlar müəyyən olunub. Bunlara işəgötürən tərəfindən zəruri əmək şəraitinin yaradılması, işçinin illik məzuniyyət hüququ, gündəlik iş vaxtına dair tələb, həftələrarası istirahət günləri, minimum əməkhaqqına dair tələb, sosial sığorta və icbari sığorta olunması və sair bir sıra imtiyazları misal göstərə bilərik. Belə imtiyazlardan biri də Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də müəyyən olunmuş əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinət almaqla evdə qalmaq hüququdur. Bu müavinət əmək müqaviləsi əsasında çalışan işçinin əməkhaqqından qanunvericlikdə müəyyən olunmuş formada tutulan məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Bu sosial sığorta haqları hesabına işçinin Əsasnamədə müəyyən olunmuş digər müavinətləri də almaq hüququ vardır.


Bəs xəstələndiyi halda hansı qaydada işçi əmək funksiyasının icrasından azad edilərək müalicə alır və müəyyən olunmuş formada ona müavinət ödənilir?

Bu müavinətin ödənilməsi üçün aşağıdakılar gözlənilməlidir:

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Burada tələb edilən staj dedikdə yalnız həmin müəssisədəki staj deyil, ümumi sosial sığorta stajından söhbət gedir. Yəni işçinin ümumilikdə minimum 6 ay sosial sığorta stajı olmalıdır ki, bu müavinəti almaq hüququ olsun. Əgər 6 aylıq sosial sığorta stajı olmasa, onun müavinət almaq hüququ da olmayacaq. Ancaq əmək qabiliyyəti bərpa olunana qədər təqdim edilmiş xəstəlik vərəqəsi əsasında evdə qalmaq hüququ var.

Müavinət müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətinin olmaması vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz. Yəni xəstələnən şəxs (buna əmək qabiliyyətinin müvəqqəti itirilməsi deyilir) müvafiq tibb məntəqəsinə müraciət etməli və ona bülleten açılmalıdır.

İşçi sağaldıqda xəstəlik vərəqəsini iş yerinə təqdim edir və onun əsasında ona müavinət təyin edilir.

İşçinin xəstələndikdə işəgötürənə məlumat verməsi qanunda öz əksini tapmasa belə, anlaqlı vəziyyətdə olarsa, işçi müəssisəni məlumatlandırmalıdır ki, xəstələndiyi üçün işə gələ bilmir və gələndə xəstəlik vərəqəsi təqdim edəcək. Müəssisə də işçi haqqında məlumatlı olmaldır ki, onun işini başqa şəxsə həvalə edə bilsin.

8 ilədək sosial sığorta stajı olan işçilərə müavinət qazancın 60 faizi miqdarında verilir.

8 ildən 12 ilə qədər sosial sığorta stajı olan işçilərə müavinət qazancın 80 faizi miqdarında verilir.

12 il və daha çox sosial sığorta stajı olan işçilərə müavinət qazancın 100 faizi miqdarında verilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından (bundan sonra – qazanc) hesablanır. İşçinin hansı gəlirlərindən məcburi dövlət sosial sığorta haqqının tutulub-tutulmaması “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində müəyyən olunub. Yəni məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir.

Müavinət gəlir vergisinə müəyyən edilmiş qaydada cəlb olunur. Vergi Məcəlləsində bununla bağlı bir güzəşt yoxdur.

Müavinət sosial sığorta haqlarına cəlb edilmir. Eyni zamanda, əməkhaqqı hesab edilməyən ödənişlər (müavinətlər) işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqlarına cəlb olunmur.

Əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara (işçilərə) ilk 14 təqvim günü üçün sığortaedənin (müəssisənin) vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.

Müavinət əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir.

TSEK-in qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi əmək qabiliyyətinin tam itirilməsi hesab edilir və bu halda işçinin əmək müqaviləsinə müəyyən edilmiş əsasla xitam verilir.

Bəs xəstəliyə görə müavinət necə hesablanır?

Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.

Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.

İş­çi­nin əmək sta­jı 12 il ol­du­ğu üçün ona qa­zan­cın 100 fai­zi miq­da­rın­da müa­vi­nət verilə­cək.

Əv­vəl­ki 12 ay­lıq dövr­də ne­çə iş gü­nü­nün ol­duğunu tapaq. Fərz edək ki, bu dövr­də olan iş gün­lə­ri­nin sa­yı 240 gün­dür (bu istehsalat təqviminə əsasən müəyyən olunur). Son 12 ayın qa­zan­cı­nı 12 ay­da­kı iş gün­lə­ri­nin sa­yı­na bö­lə­rək bir iş gü­nü­nə dü­şən gündə­lik qa­zan­cı hesablayaq:

13200 : 240 = 55 manat

Da­ha son­ra ilk 14 gün­də ne­çə iş gü­nü ol­dğunu mü­əy­yən­ləş­dir­ək. Fərz edək ki, qeyd edi­lən müd­dət­də 10 iş gü­nü var. De­mə­li, işə­gö­tü­rən tə­rə­fin­dən ödə­ni­lən müa­vi­nə­tin miq­da­rı 550 manat olacaq:

10 x 55 = 550 manat.

So­si­al sı­ğor­ta ödə­niş­lə­ri he­sa­bı­na olan ödə­niş, qa­lan 16 gün­də 12 iş gü­nü ol­du­ğu­nu qə­bul et­sək, 660 manat olacaq:

12 x 55 = 660 manat.

Misalımızda işçinin əmək sta­jı 12 il ol­du­ğu üçün ona he­sab­lan­mış qa­zan­cın 100 fai­zi ödə­nil­ib. Əgər əmək sta­jı 6 il ol­say­dı, he­sab­lan­mış qa­zan­cın 60 fai­zi miq­da­rın­da ödəniş olmalı idi.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir:

6 ay sosial sığorta stajı olmayan şəxslərə; əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə;

işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə;

törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə;

məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa).

Digər bloqlar

Audit rəyinin vacibliyi.

Maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydaları yenilənəcək

Kameral Vergi Yoxlanması

Ezamiyyə Qaydaları

Mühasibatlığı seçmək üçün səbəblər

Vergi orqanlarının təqdim etdiyi xidmətlər biznes mühitinin səmərəliliyini artırır

Sahibkarlığın innovativ inkişafına dəstək: səmərəli biznes şərtləri formalaşdıran vergi güzəştləri

2025-ci il üzrə vergi məcəlləsinə edilmiş əsas dəyişikliklər:

Nağdsız alış-verişlərdə “card to card” riski

Məzuniyyət əmrlərinin hazırlanması ilə bağlı vacib məqamlar

Pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınması

Süni intellektin tətbiqi nəticəsində mühasibat uçotu daha dəqiq aparılacaq

Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər kimlərdir?

Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə uçota alınması və yenidən uçota alınması qaydası

2025-ci il Mart ayı üzrə qeyri-iş günləri

Azərbaycanda kadr axtarışı ilə bağlı yeni alət tətbiq olunacaq

Zədələnmiş pul nişanlarını harada və necə dəyişdirək

Evini kirayə verənlər nə qədər vergi ödəməlidir?

Əmək müqaviləsi müddətli və müddətsiz olmaqla iki formada bağlana bilər.

Bayram günləri görülən işə görə əməkhaqqı necə ödənilir?

Onlayn əmək müqaviləsi necə imzalanır?

Vergi güzəştləri kiçik və orta biznesin iqtisadiyyatda rolunu artırır

Hansı hallarda əməkhaqqından tutulmalar ola bilər?

Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlər

POS-terminalla ödənişlər həm biznes subyektləri, həm də istehlakçılar üçün sərfəlidir

Əlilliyi olan şəxslərə münasibətdə vergi inzibatçılığı sadələşdirilib

VOEN yeniden aktivlesdikde vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?

Sahibkarlığın inkişafını təmin edən mexanizmlər

NET TAX 4 YAŞINDA!

Vergi ödəyiciləri üçün “Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib

Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi

Baş mühasibin işi nədən ibarətdir və o nəyə cavabdehdir?

İyunda 13 gün iş olmayacaq

İşləmək üçün yaş həddi nə qədərdir və kimlərə tətbiq olunur?

Fiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi?

Korporativ hüquq nədir?

Bakıda orta aylıq əməkhaqqı açıqlanıb

Vergi orqanı hansı vergilərin ödənilməsi cavabdeh hesab edilmir?

Ciddi hesabatın tətbiq edilməməsinə görə cərimə və sanskiya hesablanır?

“Kontragentləri araşdır” - vergi inzibatçılığında yeni şəffaflıq aləti

Maliyyə cərimələri

Əmək qanunvericiliyinin işçi sayı ilə bağlı hansı tələbi mövcuddur?

Sahibkarlığın qeydiyyatı üzrə hüquqi xidmətlər nələrdir?

Vergi öhdəliklərinin yerinə yetirilməsinə nail olmaq üçün səmərəli mexanizmlər

Vergi Məcəlləsində “gəlir” anlayışının izahı və tələbləri

HR koordinator kimdir və o nə iş görür?

HR sistemi necə qurulur?

Vergitutmanın formaları

Nizamnamə kapitalına qoyulan əsas vəsaitlərin rəsmiləşdirilməsi

Pərakəndə ticarətdə gəlir və xərclərin hesablanması

Mikro sahibkarlıq subyektlərinə güzəştlər

Yeni vergi dövrü başlayır – Vətəndaşlar nəyə hazır olmalıdır?

Mənfəət Vergisi

Mühasibat uçotu

Kadr Uçotunun Auditi

Malları idxal edən vergi ödəyiciləri ilə bağlı yumşalmalar

Dövlət Vergi Xidməti yeni xidmət istifadəyə verib

Gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq

Azərbaycanda yaşayış minimumu 15 manat artırılır!

Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?

Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?

Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanun dəyişdi

Sahibkarların sosial sığorta haqqının hesablanması qaydası dəyişir

Sadələşdirilmiş vergi ilə bağlı yeni qayda gəlir.

İşçilər məzuniyyətə çıxdıqda əməkhaqqından az olmamaqla məvacib ala biləcək.

Əmək Məcəlləsinə "Məsafədən (distant) iş anlayışı əlavə edilir.

11 gün qeyri-iş günü olacaq!

Fərdi sahibkarlar üçün məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər optimallaşdırılacaq

Aylıq gəliri 3000 manata dək olanlar 60 manat, 20 min manatdan çox olanlar 400 manat haqq ödəyəcəklər

ƏDV qeydiyyat limiti artırılır

VÖEN-i olmayan şəxslərdən malları rəsmi şəkildə necə almalı?

“ƏDV geri al” layihəsinin əhatə dairəsi genişləndirilir

İddia müddəti bitmiş debitor borc məbləğinin vergiyə cəlb edilməsi

Yeni iliniz mübarək

Gömrük bəyannaməsində idxal edilən mallar üzrə əks olunan ƏDV məbləği necə hesablanır?

Mülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu?

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı hansı vergi güzəştləri mövcuddur?

İşəgötürənə və işçiyə vurulmuş mənəvi ziyanın ödənilməsi

Əmək qanunvericiliyində yeniliklər nələrdir?

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.

2026-cı ildən məzuniyyət haqqı necə hesablanacaq?

Kimlər 75%-lik vergi güzəştindən yararlana bilər?

İlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?

Özəl sektorda çalışan işçilərə tətbiq olunan vergi və güzəştlər

Vergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?

Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?

Kirayə və icarə haqlarından vergilərin tutulması qaydası

Bir sıra ərizə formaları yenilənib

Sadələşdirilmiş vergi ödəyiciləri üçün hansı dəyişikliklər edilib?

Hüquqi şəxsin qeydiyyat sənədlərində məlumat dəyişikliyi

ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır

Sahibkarlara öz işçilərinin məcburi dövlət sosial sığorta haqlarını (DSMF ödənişlərini) ƏDV-nin depozit hesabında olan sərbəst vəsaitlər hesabına ödəmək imkanı yaradılır

Vergi Məcəlləsinə mühüm dəyişiklik qəbul edildi

Bütün bloqlar