Kadr xidmətləri

NET TAX müəssisələrdə insan resurslarının qanunvericiliyin tələblərinə uyğun şəkildə idarə olunmasını təmin edən peşəkar kadr xidmətləri təqdim edir. Əmək münasibətlərinin düzgün qurulması, kadr sənədlərinin tam və dəqiq hazırlanması, həmçinin dövlət qurumları ilə əlaqələrin operativ şəkildə həyata keçirilməsi biznesinizin hüquqi təhlükəsizliyini təmin edir.

Xidmətlərimiz

  • Əmək müqavilələrinin hazırlanması, dəyişdirilməsi və xitam verilməsi
  • İşçilərin işə qəbulu, vəzifə dəyişikliyi və işdən azad olunması üzrə sənədləşmə
  • Elektron Əmək Müqaviləsi Bildirişi (EƏMB) sistemində əməliyyatların həyata keçirilməsi
  • Ştat cədvəllərinin hazırlanması və yenilənməsi
  • Əmək kitabçaları və şəxsi işlərin formalaşdırılması
  • Məzuniyyət, ezamiyyət və digər kadr əmrlərinin hazırlanması
  • İş vaxtı uçotu və davamiyyət cədvəllərinin təşkili
  • Əmək qanunvericiliyi üzrə məsləhət xidmətləri
  • Dövlət qurumlarına təqdim olunan kadr hesabatlarının hazırlanması
  • Kadr sənədlərinin auditinin aparılması və mövcud çatışmazlıqların aradan qaldırılması
  • İnsan resursları proseslərinin optimallaşdırılması və daxili prosedurların hazırlanması 

Kadr idarəçiliyini peşəkar komandamıza etibar edərək əmək qanunvericiliyinə tam uyğunluq təmin edin, inzibati riskləri minimuma endirin və insan resursları proseslərinizi daha səmərəli idarə edin.

Digər xidmətlər