Mühasibat Uçotu və Maliyyə hesabatları

NET TAX müəssisələrin maliyyə fəaliyyətinin düzgün təşkili, qanunvericiliyin tələblərinə uyğun uçotun aparılması və maliyyə idarəetməsinin səmərəliliyinin artırılması üçün peşəkar mühasibat və maliyyə xidmətləri təqdim edir. Təcrübəli komandamız biznesinizin maliyyə proseslərini şəffaf, dəqiq və etibarlı şəkildə idarə etməyə dəstək olur.

  • Xidmətlərimiz
  • Mühasibat uçotunun qurulması və aparılması
  • Mühasibat sənədlərinin hazırlanması və sistemləşdirilməsi
  • Daxili sənədləşmə prosesinin təşkili
  • Əməkhaqlarının, məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanması
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
  • Vergi, DSMF, Statistika və digər dövlət qurumlarına hesabatların hazırlanması və təqdim edilməsi
  • Debitor və kreditor borclarının uçotu və nəzarəti
  • Pul vəsaitlərinin hərəkətinin uçotu və maliyyə nəzarəti
  • Maliyyə göstəricilərinin təhlili və hesabatların hazırlanması
  • Maliyyə sənədlərinin auditə hazırlanması
  • Mühasibat və maliyyə proseslərinin optimallaşdırılması üzrə məsləhət xidməti

Bizimlə əməkdaşlıq edin

Peşəkar mühasibat və maliyyə xidmətlərimiz sayəsində biznesinizin maliyyə idarəetməsini etibarlı əllərə həvalə edin, riskləri minimuma endirin və fəaliyyətinizi inamla inkişaf etdirin.

Digər xidmətlər