Vergi xidmətləri

Müəssisələrin vergi öhdəliklərini qanunvericiliyin tələblərinə uyğun şəkildə yerinə yetirməsi, vergi risklərinin minimuma endirilməsi və maliyyə fəaliyyətinin optimallaşdırılması məqsədilə peşəkar vergi xidmətləri təqdim edirik.
Xidmətlərimiz:
  • Vergi planlaşdırılması və optimallaşdırılması
  • Vergi restrukturizasiyası
  • Vergi qanunvericiliyi üzrə məsləhət xidmətləri
  • Vergitutma nəticələri və digər vergi məsələləri üzrə yazılı rəylərin hazırlanması
  • Şirkətin vergi uyğunluğunun qiymətləndirilməsi
  • Vergi risklərinin təhlili və onların aradan qaldırılması üzrə tövsiyələrin verilməsi
  • Vergi yoxlamalarının müşayiət olunması
  • Vergi orqanları ilə yazışmaların aparılması
  • Vergi mübahisələrinin həlli və məhkəmə proseslərində hüquqi dəstək
  • İanə, sponsorluq və investisiya qoyuluşları üzrə xüsusi vergitutma rejimlərinin tətbiqi ilə bağlı məsləhət və sənədləşmə
  • Dövlət Vergi Xidmətinə təqdim edilən vergi hesabatlarının hazırlanması və təqdim olunmasına dəstək
Vergi qanunvericiliyindəki dəyişiklikləri daim izləyən mütəxəssislərimiz biznesiniz üçün təhlükəsiz, qanunvericiliyə uyğun və səmərəli vergi həlləri təqdim edir.

Digər xidmətlər